...

İranın müxalifət lideri vəfat edib

Dünya xəbərləri Materials 31 May 2011 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

İranın müxalif Milli-Məzhəbi Fəallar Şurasının sədri və ölkənin müxalifət liderlərindən olan İzzətullah Səhabi vəfat edib. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Səhabi bu gecə yerli vaxtla saat 02:10 radələrində Tehranın Müdərris xəstəxanasında vəfat edib. O, aprelin 29-da infarkt keçirərək komaya düşmüşdü.

Səhabi öz siyasi fəaliyyətinə 1953-cü ildə başlayıb, İran İslam İnqilabından öncə və sonra ümumilikdə 15 il həbsdə saxlanılıb. O, İranın Azadlıq Hərəkatı Partiyasının təsisçilərindən olub. İran İslam İnqilabından sonra ölkənin Büdcə və Proqramlaşdırma Təşkilatının sədri və İran parlamentinin nümayəndəsi olub. Səhabi 2009-cu ildə İranda keçirilən prezident seçkilərdən sonra həbs olunaraq 11 il azadlıqdan məhrum edilmişdi.

Xəbər lenti

Xəbər lenti