...

Ermənistanda 15 nəfər Sibir xorası şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 24 Oktyabr 2012 18:12 (UTC +04:00)
Ermənistanın Vardenis rayonunda qeydə alınan Sibir xorasi ilə əlaqədar ölkənin Səhiyyə Nazirliyinin işçiləri laboratoriya araşdırmalarını, profilaktik və antiepidemioloji tədbirlər keçirməyi davam etdirir.
Ermənistanda 15 nəfər Sibir xorası şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Ermənistanın Vardenis rayonunda qeydə alınan Sibir xorasi ilə əlaqədar ölkənin Səhiyyə Nazirliyinin işçiləri laboratoriya araşdırmalarını, profilaktik və antiepidemioloji tədbirlər keçirməyi davam etdirir. Bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.

Sibir xorasına yoluxduğu ehtimal edilən 15 nəfərdən alınan nümunələrin laboratoriya araşdırmları başa çatıb. Araşdırmaların nəticələrinə əsasən, 1 nəfərdə Sibir xorası aşkar edilib, 5 nümunədən isə mənfi cavab alınıb.

Digər xəstələrin laboratoriya araşdırmaları davam edir.

Hazırda 15 nəfər Sibir xorası şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Yeni xəstələr aşkarlanmayıb.

Bütün pasiyentlərin vəziyyəti qənaətbəxşdir. Müaliəcədə müsbət irəliləyiş var.

Epidemioloji vəziyyət nəzarət altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti