...

İranda irimiqyaslı HHM təlimi start götürüb (VIDEO)

Dünya xəbərləri Materials 12 Noyabr 2012 11:28 (UTC +04:00)
Bazar ertəsi səhər İranda Hava Hücumundan Müdafiə qüvvələrinin irimiqyaslı "Vilayət-4" təlimi start götürüb. Trend-in məlumatına görə, xəbəri bazar ertəsi "İRNA" agentliyi yayıb.
İranda irimiqyaslı HHM təlimi start götürüb (VIDEO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

Bazar ertəsi səhər İranda Hava Hücumundan Müdafiə qüvvələrinin irimiqyaslı "Vilayət-4" təlimi start götürüb. Trend-in məlumatına görə, xəbəri bazar ertəsi "İRNA" agentliyi yayıb.

Təlim eyni vaxtda İranın səkkiz - Şimali Xorasan, Xorasan Rəzəvi, Cənubi Xorasan, Sistan və Bəluçistan, Kirman, Hörmüzqan, Yezd və Fars vilayətlərində keçirilir.

Ötən həftə Hətəm əl-Ənbiya qərargahının komandanı Fərzad İsmaili bəyan etmişdi ki, təlim İran ordusunun, İslam İnqilabı Keşikçiləri Korpusunun, "Bəsic" mülki qüvvələrinin və HHM qüvvələrinin iştirakı ilə keçiriləcək.

Təlimlərə F-4, F-5, F-7, F-14, Su-24, MiQ-29 qırıcıları, eləcə də kəşfiyyat təyyarələri cəlb ediləcək.

Eləcə də müharibə şəraitinə bənzədilmiş şəraitdə radar, raket və artilleriya sistemləri sınaqdan keçiriləcək.

İranda bundan əvvəlki "Vilayət-3" təlimi 2011-ci ildə keçirilib.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti