...

İran HHM təlimlərində yerli istehsal olan yeni texnikasını sınaqdan keçirir

Dünya xəbərləri Materials 13 Noyabr 2012 10:46 (UTC +04:00)
İran Hava Hücumundan Müdafiə (HHM) üzrə "Vilayət-4" təlimlərinin ikinci günündə ilk dəfə 2011-ci ildə təqdim olunan orta mənzilli zenit-raket kompleksinin yerli istehsalını sınaqdan keçirir.
İran HHM təlimlərində yerli istehsal olan yeni texnikasını sınaqdan keçirir

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran Hava Hücumundan Müdafiə (HHM) üzrə "Vilayət-4" təlimlərinin ikinci günündə ilk dəfə 2011-ci ildə təqdim olunan orta mənzilli zenit-raket kompleksinin yerli istehsalını sınaqdan keçirir. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Habelə lazer məsafəölçənlə təchiz edilmiş 35 millimetr kalibrli "Oerlikon" zenit silahı döyüş vəziyyətinə bənzədilmiş şəraitdə sınaqdan keçiriləcək.

Təlimlərin ikinci günündə, həmçinin həm müharibə şəraitində, həm də ölkə əyalətlərinin keçiriləcək əməliyyatlarda iştirakı halında bombardmançıların, qırıcıların və pilotsuz uçuş aparatlarının hücumlarının keçirilməsi, habelə rəqiblə hərbi toqquşmanın təqlidi planlaşdırılır.

Bazar ertəsi səhər İranda "Vilayət-4" HHM qüvvələrinin irimiqyaslı təlimləri başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti