...

İran HHM təlimlərində üç raket kompleksi nümayiş etdirib

Dünya xəbərləri Materials 13 Noyabr 2012 14:59 (UTC +04:00)
İran "Vilayət-4" hava hücumundan müdafiə (HHM) təlimlərində üç raket kompleksinin hərəkətini nümayiş etdirib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.
İran HHM təlimlərində üç raket kompleksi nümayiş etdirib

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

İran "Vilayət-4" hava hücumundan müdafiə (HHM) təlimlərində üç raket kompleksinin hərəkətini nümayiş etdirib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

"Ya Zəhra 3", "Safat" və "Qədər" raket sistemləri nümayiş etdirilib.

"Ya Zəhra 3" qısa müddət ərzində iranlı mütəxəssislər tərəfindən yaradılan kiçikmənzilli raket kompleksidir. Sistem mobildir və müxtəlif iqlim şəraitlərində işləyə bilər.

Bazar ertəsi səhər İranda "Vilayət-4" HHM qüvvələrinin irimiqyaslı təlimləri başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti