Azərbaycan, Bakı, 14 dekabr / Trend, müxbir E.Tarıverdiyeva /
Pakistan Prezidenti Asif Əli Zərdari yaxın vaxtlarda İrana səfər edəcək. Səfərin tarixi dəqiqləşdirilir. Bu barədə Pakistan XİN-in rəsmi nümayəndəsi Muəzzəm Xan bəyan edib. Trend-in məlumatına görə, xəbəri IRNA agentliyi yayıb.
Bir müddət əvvəl bəzi KİV Pakistan Prezidentinin Qərb tərəfdən artan təzyiqlər səbəbindən İrana səfərini təxirə saldığı barədə xəbər yaymışdı.
Zərdari səfər zamanı Tehranla İslamabad arasında ikitərəfli münasibətləri, eləcə də regiondakı son hadisələri müzakirə etmək üçün İran Prezidenti Mahmud Əhmədinejadla görüşməyi planlaşdırır.