Azərbaycan, Bakı, 16 mart /Trend /
"İrs" partiyasının lideri Raffi Ovannisyanın tərəfdarları onun "Barev" partiyasının genişlənməsi və mübarizəsini maliyyələşdirmək üçün fond yaradırlar. Trendin məlumatına görə, bu barədə şənbə günü "ARKA" qəzeti yazıb.
"Mən düşünürəm ki, mübarizəni davam etdirmək üçün vəsaitləri təmin edəcək çox güclü dalğa, hərəkatdır", -deyə "İrs" partiyasının üzvü Anait Baxşyan Azadlıq meydanında keçirilən mitinq zamanı bildirib.
Baxşyan qeyd edib ki, yaxın vaxtlarda hesab nömrəsi elan olunacaq və arzu edən vətəndaşlar bura vəsaitlər köçürə biləcəklər.