...

ABŞ İrana xaricdə dondurulmuş aktivlərə qismən çıxışın verilməsi imkanını nəzərdən keçirir

Dünya xəbərləri Materials 19 Oktyabr 2013 02:17 (UTC +04:00)
ABŞ administrasiyası İrana qarşı iqtisadi sanksiyaların zəifləməsi ehtimalını, o cümlədən bu ölkənin hökumətinə xarici banklarda dondurulmuş maliyyə aktivlərinə qismən çıxışın verilməsini öyrənməkdə davam edir.
ABŞ İrana xaricdə dondurulmuş aktivlərə qismən çıxışın verilməsi imkanını nəzərdən keçirir

Azərbaycan, Bakı, 19 oktyabr / Trend /

ABŞ administrasiyası İrana qarşı iqtisadi sanksiyaların zəifləməsi ehtimalını, o cümlədən bu ölkənin hökumətinə xarici banklarda dondurulmuş maliyyə aktivlərinə qismən çıxışın verilməsini öyrənməkdə davam edir. Trend Assoşieyted Press agentliyinə istinadən bu barədə məlumat verir.

Vaşinqton hesab edir ki, bu addımla Tehran nüvə proqramı ilə bağlı güzəştə getməyə daha da hazır ola bilər və beynəlxalq "altılıq" ilə danışıqlarda irəliləyişin əldə olunmasına kömək edər, - agentlik yazır.

Respublikaçı senator Mark Kirk İranın xaricdə əmanətlərin bir hissəsinin "donunu açmaq" müqabilində, Tehranın uranın zənginləşdirilməsindən tam imtina etməsini təklf edir, agentlik xəbər verir. Lakin İran rəhbərliyi bu cür tələbləri həmişə rədd edib.

ABŞ-ın məlumatına görə, İranın xarici banklarda bağlanmış maliyyə vəsaitinin həcmi, 50 milyard dollardan 75 milyard dollaradək təşkil edir.

Xəbər lenti

Xəbər lenti