...

Kerri İrana qarşı yeni sanksiyaların əleyhinə çıxış edib

Dünya xəbərləri Materials 14 Noyabr 2013 05:16 (UTC +04:00)
ABŞ dövlət katibi Con Kerri Konqresə xəbərdarlıq edib ki, İrana qarşı yeni sanksiyaların tətbiqi Tehranın nüvə proqramı üzrə danışıqlara zərər vura bilər.
Kerri İrana qarşı yeni sanksiyaların əleyhinə çıxış edib

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

ABŞ dövlət katibi Con Kerri Konqresə xəbərdarlıq edib ki, İrana qarşı yeni sanksiyaların tətbiqi Tehranın nüvə proqramı üzrə danışıqlara zərər vura bilər. Bu barədə Trend BBC telekanalına istinadən məlumat verir.

C.Kerri bəyan edib ki, Tehran nüvə silahını hazırlamasa, ABŞ və digər dünya dövlətləri İrana qarşı sanksiyaları zəmanət müqabilində zəiflədə bilən razılaşmanı imzalamağa hazırdır. Lakin, dövlət katibinin sözlərinə görə, əgər yeni sanksiyalar tətbiq olunsa və İran onlara cavab versə, bu zaman danışıqlar pozula bilər.

Danışıqların növbəti raundu noyabrın 20-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti