...

Kiyevdəki qarşıdurmalardan sonra xəstəxanaya yerləşdirilmiş milislərin sayı 60 nəfəri ötüb

Dünya xəbərləri Materials 20 Yanvar 2014 13:18 (UTC +04:00)
Kiyevdəki qarşıdurmalardan sonra Daxili İşlər Nazirliyinin 60-dan artıq əməkdaşı xəstəxanaya yerləşdirilib.
Kiyevdəki qarşıdurmalardan sonra xəstəxanaya yerləşdirilmiş milislərin sayı 60 nəfəri ötüb

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Kiyevdəki qarşıdurmalardan sonra Daxili İşlər Nazirliyinin 60-dan artıq əməkdaşı xəstəxanaya yerləşdirilib. Bu barədə Rusiya KİV-i nazirliyin saytına istinadən xəbər verir.

Məlumatda deyilir: "Müalicə müəssisəsinə artıq 61 milis yerləşdirilib".

Nazirlikdən bildirilib ki, ümumilikdə daxili işlər orqanlarının 100-ə yaxın əməkdaşı tibbi yardım üçün müraciət edib. Xəsarət alanlara kəllə-beyin travması, sınıqlar, zədələr və naməlum maddələrdən zəhərlənmə diaqnozları qoyulub.

Ukrayna DİN-dən "İnterfaks"a verilən məlumata görə isə, ölkənin hüquq-mühafizəçiləri Kiyevin mərkəzində son sutka ərzində baş verən hadisələrə görə 20 nəfəri saxlayıblar: "Milis əməkdaşları 20-dən çox adamı saxlayıblar. Onlar rayon idarələrinə aparılıblar. Onların şəxsiyyətləri, eləcə də hadisələrdə iştirak dərəcələri yoxlanılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti