...

Putin Türkiyənin Baş nazirini təbrik edib

Dünya xəbərləri Materials 31 Mart 2014 22:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend/

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı partiyasının bələdiyyə seçkilərində qələbə qazanması münasibətilə telefonla təbrik edib. Bu barədə Trend TRT telekanalının saytına istinadən məlumat verir.

Putin Ərdoğanı martın 30-da keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının qalib gəlməsi münasibətilə təbrik edib, seçkilərin nəticələrindən razı qaldığını bildirib və Baş nazirə gələcəkdə də uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti