...

ABŞ hərbi təyyarəsi Kobani şəhərindəki kürd döyüşçülərinə silah endirdi

Dünya xəbərləri Materials 20 Oktyabr 2014 08:00 (UTC +04:00)
ABŞ hərbi təyyarəsi Suriya-Türkiyə sərhədində yerləşən və "İslam dövləti"nin (İD) yaraqlıları tərəfindən mühasirə altında saxlanılan Kobani şəhərindəki kürd döyüşçülərinə silah, döyüş sursatı və dərman endirib.
ABŞ hərbi təyyarəsi Kobani şəhərindəki kürd döyüşçülərinə silah endirdi

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

ABŞ hərbi təyyarəsi Suriya-Türkiyə sərhədində yerləşən və "İslam dövləti"nin (İD) yaraqlıları tərəfindən mühasirə altında saxlanılan Kobani şəhərindəki kürd döyüşçülərinə silah, döyüş sursatı və dərman endirib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Röyter agentliyi məlumat verir.

ABŞ komandanlığı bəyan edib ki, son günlər ABŞ tərəfindən Kobani şəhərinin yaxınlığındakı yaraqlıların mövqelərinə endirilən 135 zərbə nəticəsində onların irəliləməsini ləngidilib və yüzlərlə döyüşçüləri məhv edilib.

Sentyabrda ABŞ HHQ beş ərəb ölkələrinin dəstəyi ilə Suriyadakı İD mövqelərinə ilk zərbələr vurub. Bu reydlərdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn və Qətərin Hərbi Hava Qüvvələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti