...

Ermənistanda tankdan erməni hərbçilərə atəş açılıb, ölən və yaralanan var

Dünya xəbərləri Materials 25 Noyabr 2014 18:24 (UTC +04:00)
Ermənistanda tankdan erməni hərbçilərə atəş açılıb.
Ermənistanda tankdan erməni hərbçilərə atəş açılıb, ölən və yaralanan var

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İlkin İzzət/

Ermənistanda tankdan erməni hərbçilərə atəş açılıb.

Trend-in əldə etdiyi məlumatlara görə, noyabrın 24-də Ermənistan silahlı qüvvələrinin Tavuş rayonunda yerləşən hərbi hissələrindən birində T-72 tankından açılan atəş ermənilər üçün faciə ilə nəticələnib.

Qəfil atəş nəticəsində bir erməni hərbçi ölüb, digəri isə yaralanaraq yerli tibbi müəssisələrin birinə yerləşdirilib.

Hadisənin səbəblərinin araşdırıldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti