...

İranda duz heroindən daha çox insan ölümünə səbəb olur

Dünya xəbərləri Materials 24 Dekabr 2014 14:52 (UTC +04:00)
"İranda duz narkotik maddə olan heroindən daha çox insanların ölümünə səbəb olur". Bunu İran Səhiyyə Nazirliyinin Sağlamlığın İnkişafı üzrə Maarifləndirmə İdarəsinin rəisi Şahram Rəfifər deyib.
İranda duz heroindən daha çox insan ölümünə səbəb olur

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

"İranda duz narkotik maddə olan heroindən daha çox insanların ölümünə səbəb olur". Bunu İran Səhiyyə Nazirliyinin Sağlamlığın İnkişafı üzrə Maarifləndirmə İdarəsinin rəisi Şahram Rəfifər deyib. Trend-in məlumatına görə, bu barədə İRNA xəbər verir.

Ş.Rəfifər bildirib ki, ölkə əhalisinin böyük əksəriyyəti infarkt, insult və xərçəng xəstəliklərindən dünyasını dəyişir, bu xəstəliklərin hər üçünün başlıca səbəblərindən biri isə duzdur: "Ölkədə duzdan istifadə həddən artıq çox olduğu üçün hər 10 nəfərdən 3-də təzyiq problemi var".

Rəsmi statistikaya görə, İranda hər il 63 min nəfər xərçəng xəstəliyinə yoluxur, onların 46 mini vəfat edir. İran KİV-nin məlumatına görə isə, bu göstərici real yoluxma halları üçün 90-95 min, vəfat edənlər üçün isə 50-55 mindən çoxdur. Bundan əlavə, statistikaya əsasən, İranda ölüm hallarının 33-38 faizi ürək-damar xəstəlikləri ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti