...

Ərdoğanı 16 türk dövlətinin əsgəri mühafizə edir (FOTO)

Dünya xəbərləri Materials 12 Yanvar 2015 20:40 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstinin dövlət başçısı Mahmud Abbası qarşılama mərasimi qeyri-adiliyi ilə yadda qalıb.
Ərdoğanı 16 türk dövlətinin əsgəri mühafizə edir (FOTO)

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Məftun Salmanov/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstinin dövlət başçısı Mahmud Abbası qarşılama mərasimi qeyri-adiliyi ilə yadda qalıb.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Prezident iqamətgahında keçirilən qarşılanma mərasimində maraqlı anlar yaşanıb. Belə ki, R.T.Ərdoğan yeni iqamətgahda ilkə imza atıb.

Soyuq hava səbəbindən sarayın içində təşkil edilən mərasimdə iki lider 16 türk dövlətini təmsil edən əsgərlərin olduğu pilləkəndə mətbuat nümayəndələrinin qarşısına çıxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti