...

183 nəfərə ölüm cəzası

Dünya xəbərləri Materials 2 Fevral 2015 15:50 (UTC +04:00)
Misir məhkəməsi "Müsəlman qardaşlar" hərəkatının 183 tərəfdarını ölüm cəzasına məhkum edib.
183 nəfərə ölüm cəzası

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Məftun Salmanov/

Misir məhkəməsi "Müsəlman qardaşlar" hərəkatının 183 tərəfdarını ölüm cəzasına məhkum edib.

Trend-in bazar ertəsi xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, onlar 2013-cü ilin avqustunda polis zabitlərinin öldürülməsində iştirakda təqsirləndirilirlər. Onlardan 34-nə qiyabi cəza təyin edilib.

Həmin hadisələr zamanı hüquq-mühafizə orqanlarının 16 əməkdaşı öldürülmüşdü. İğtişaşlar nəticəsində hərbi çevriliş baş vermiş və Məhəmməd Mursi hakimiyyətdən kənarlaşdırılmışdı.

Qeyd edək ki, 2014-cü ilin dekabrında bu iş üzrə 188 islamçıya qarşı ilkin olaraq ölüm hökmü çıxarılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti