...

Çinli milyarder edam edildi (FOTO)

Dünya xəbərləri Materials 9 Fevral 2015 11:33 (UTC +04:00)
Çin məhkəməsi ölkənin “Hanlong Group” iri dağ-mədən korporasiyasının sabiq rəhbəri milyarder Lui Hanyu barəsində çıxarılan edam cəzasının icra olunmasına dair qərar verib.
Çinli milyarder edam edildi (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Çin məhkəməsi ölkənin "Hanlong Group" iri dağ-mədən korporasiyasının sabiq rəhbəri milyarder Lui Hanyu barəsində çıxarılan edam cəzasının icra olunmasına dair qərar verib. Trend xəbər verir ki, bu barədə RİA Novosti Sinhua agentliyinə istinadən xəbər yayıb.

Bazar ertəsi Hubay vilayətinin Ali Xalq Məhkəməsi Lyu Hanyunun dörd əlaltısının da edam edilməsi barədə qərar verib. Bu hay-küylü məhkəmə prosesinin 36 iştirakçısı var. Onlardan beşi ölüm cəzasına, digər beş nəfəri 2 illik möhlətlə edam cəzasına, 4-ü ömürlük cəzaya, 22 nəfəri isə müxtəlif müddətlərə həbs cəzasına məhkum ediliblər.

Lyu Hanyunun qardaşı Lyu Vey də edam olunanlar arasındadır.

Lyu Hanyu "cinayətkar mafiya qruplaşması"nın təşkilində və qəsdən qətl törətməkdə ittiham edilirdi. İttihama əsasən, qruplaşmanın üzvləri 1993-cü ildən əsasən Sıçuan əyalətində cinayətkar fəaliyyət göstəriblər. Lyu Hanyunun başçılığı ilə qruplaşma "böyük gəlir əldə edərək və iqtisadi-ictimai asayişi ciddi şəkildə pozaraq" bir sıra yerli iqtisadiyyat sahələrini qanunsuz nəzarət altına götürüb.

Bu arada Reyter agentliyi mənbələrə istinadən bildirir ki, Lyu Hanyu vaxtilə adı Çinin yeni tarixində ən böyük korrupsiya qalmaqalında hallanan sabiq ictimai təhlükəsizlik nazirinin böyük oğlu Çjou Yunkanın köməkçisi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti