Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/
Moskva və Ankara Türkiyəyə tədarük edilən Rusiya qazının qiymətində 10,25 faiz endirim edilməsi ilə bağlı razılığa gəliblər.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib.
Qeyd edək ki, ötən il T.Yıldız bildirmişdi ki, 2014-cü ilin sonunadək Ankara ölkəyə tədarük edilən Rusiya qazının qiymətində 15 faiz endirim əldə etmək niyyətindədir.