...

Kazandakı yanğınla bağlı vəzifəli şəxs həbs edildi

Dünya xəbərləri Materials 16 Mart 2015 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Kazanda "Admiral" ticarət mərkəzində baş vermiş yanğınla bağlı həbs edilən var.

Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmə "İnvestisiya tikinti şirkəti" ASC və "İdarəetmə şirkəti" QSC-nin baş direktoru Robert Hayrullinin həbs edilməsi ilə bağlı qərar verib.

Onun həbsdə saxlanılma müddəti mayın 14-dək müəyyən edilib.

Qeyd edək ki, yanğınla bağlı ötən həftə ilk həbs edilən şəxs "Zarya" MMC-nin direktoru Hüseyn Qəhrəmanov olub.

Xatırladaq ki, martın 13-də Tatarıstanın paytaxtı Kazan şəhərində ticarət mərkəzlərindən birində baş vermiş yanğın nəticəsində 17 nəfərin öldüyü bildirilir, onlarla insan xəsarət alıb.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən isə daha öncə Trend-ə bildiriblər ki, yanğın zamanı iki azərbaycanlı ölüb, ikisi isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti