...

İran və Rusiya mədəniyyət sahəsində əməkdaşlıq sazişi imzalayacaq

Dünya xəbərləri Materials 14 Dekabr 2015 11:06 (UTC +04:00)
ranın islami irşad və mədəniyyət naziri Əli Cənnəti dekabrın 14-16-da Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən IV beynəlxalq mədəniyyət konfransda iştirak edəcək.
İran və Rusiya mədəniyyət sahəsində əməkdaşlıq sazişi imzalayacaq

Bakı. Təmkin Cəfərov - Trend:

İranın mədəniyyət və islami irşad naziri Əli Cənnəti dekabrın 14-16-da Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən IV beynəlxalq mədəniyyət konfransında iştirak edəcək. Trend-in məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Mehdi Sənayi facebook səhifəsində yazıb.

M.Sənayi bildirib ki, səfər zamanı Ə.Cənnəti Rusiyanın mədəniyyət naziri Vladimir Medinski ilə görüşəcək. Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində 3 il əməkdaşlıq proqramına dair sənəd imzalanacaq.

Səfirin sözlərinə görə, Ə.Cənnəti həmçinin Rusiyada bir sıra digər görüşlər də keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti