...

Qələbə Günündə 24 milyon insan iştirak edib

Dünya xəbərləri Materials 10 May 2016 11:27 (UTC +04:00)
Moskvada Qələbə Günü münasibəti ilə mayın 9-da keçirilən bayram tədbirlərində 24 milyona yaxın insan iştirak edib və içtimayi asayiş tam şəkildə təmin olunub.
Qələbə Günündə 24 milyon insan iştirak edib

Bakı. Elçin Hüseynov - Trend:

Moskvada Qələbə Günü münasibəti ilə mayın 9-da keçirilən bayram tədbirlərində 24 milyona yaxın insan iştirak edib və içtimayi asayiş tam şəkildə təmin olunub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Ötən gün Rusiyanın 8 min yaşayış məntəqəsində 15 mindən artıq tədbir keçirilib, o cümlədən hərbi paradlar, əklil qoyma mərasimləri, konsert və salyutlar.

Ən çox insan Moskva, Sankt-Peterburq şəhərlərində, Leninqrad və Sverdlovsk vilayətlərində, Krasnodar diyarında keçirilən şənliklərdə iştirak edib.

Tədbirlər zamanı içtimai asayişin qorunmasına 247 mindən çox insan, o çümlədən 181,5 min daxili işlər orqanlarının əməkdaşı cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti