...

Pedro Aqramunt: Britaniyanın Aİ-dən çıxması Avropa Şurası və AŞ PA-ya da toxunacaq

Dünya xəbərləri Materials 24 İyun 2016 15:31
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmaq barədə qərarı Avropa Şurası və AŞ PA-ya da toxunacaq.
Pedro Aqramunt: Britaniyanın Aİ-dən çıxması Avropa Şurası və AŞ PA-ya da toxunacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmaq barədə qərarı Avropa Şurası və AŞ PA-ya da toxunacaq.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu AŞ PA-nın sədri Pedro Aqramunt deyib.

Onun sözlərinə görə, Britaniyanın iri oyunçu kimi qaldığı Avropa və AŞ PA-da parlamentlərarası dialoq üçün yeni impuls tapmaq lazımdır: "Avropa ideyalarını reallaşdırmaq və ümumi Avropa irsimizi təsdiq etmək üçün daha çox şey etmək lazımdır".

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti