...

Türkiyədə çevriliş cəhdinə görə daha iki general saxlanılıb

Dünya xəbərləri Materials 16 İyul 2016 19:37 (UTC +04:00)
Türkiyədə hərbi çevriliş cəhdinə görə Malatyada ikici ordu komandanı ordu generalı Adəm Huduti və qarnizın komandanı genral-mayor Avni Anqun saxlanılıb.
Türkiyədə çevriliş cəhdinə görə daha iki general saxlanılıb

Bakı. Trend:

Türkiyədə hərbi çevriliş cəhdinə görə Malatyada ikici ordu komandanı ordu generalı Adəm Huduti və qarnizın komandanı genral-mayor Avni Anqun saxlanılıb.

Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti