...

Türkiyədə çevriliş cəhdinə görə Konstitusiya məhkəməsinin üzvü saxlanılıb

Dünya xəbərləri Materials 16 İyul 2016 20:34 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə hərbi çevriliş cəhdinə görə Konstitusiya məhkəməsinin üzvü Alparslan Altan saxlanılıb.

Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti