Bakı. Trend:
Türkiyədə hərbi çevriliş cəhdinin 3 səhifə və 20 maddədən ibarət olan planı tapılıb.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, planda hərbi çevriliş planının məqsədi, vəzifələri, eləcə də üsyançıların irəliləyəcək istiqamətləri göstərilib.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə hərbi çevrilişə cəhd edilib.