Bakı. Rufiz Hafizoğlu - Trend:
İyulun 15-də Türkyədə hərbi çevrilişə cəhd işi ilə bağlı tanınmış jurnalist Nazli Ilıcak saxlanılıb.
Trend bu barədə Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.
Jurnalist Türkiyənin cənub-qərbindəki Muğla əyalətində saxlanılıb. O, Fətulla Gülənin terror təşkilatını dəstəkləməkdə ittiham olunur.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.