Bakı. Rufiz Hafizoğlu - Trend:
"Fərat qalxanı" əməliyyatı Suriyanın ərazi bütövlüyünü pozmaq məqsədini güdmür.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti zamanı deyib.
Onun sözlərinə görə, İŞİD-dən təmizlənmiş ərazilərdə Azad Suriya Ordusunun dəstələri yerləşdirilib.