Bakı. Elmira Tariverdiyeva - Trend:
İran şirkəti Almaniyanın “Siemens” şirkəti ilə vaqon tikinti sahəsində əməkdaşlıq barədə danışıqlar aparır.
Trend-in Tasnim-ə istinadən verdiyi məlumata görə, bunu sənaye nazirinin müavini Moctaba Xosrovtac bildirib.
Onun sözlərinə görə, əgər əməkdaşlıq uğurlu olarsa, bu, Rusiyadan vaqonların idxalı zəruriliyini aradan qaldıracaq.