...

Türkiyə XİN ASALA terror təşkilatının üzvünün azad edilməsini pisləyib

Dünya xəbərləri Materials 15 Dekabr 2016 17:32 (UTC +04:00)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Xarici İşlər Nazirliyi erməni ASALA terror təşkilatının üzvünün şərti azad edilməsi barədə ABŞ məhkəməsinin qərarını pisləyib.

Trend bu barədə Türkiyə XİN-in saytına istinadən məlumat verir.

Qeyd edək ki, Kaliforniya məhkəməsi 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki Baş konsulu Kamal Arıkanı qətlə yetirmiş Qampinq Susanyanı şərti azadlığa buraxıb. Məhbusun azad olunması üçün Kaliforniya ştatının qubernatorunun təsdiqi lazımdır.

Türkiyə XİN qərarı ədalətsiz adlandıraraq hökumət qurumlarının müdaxiləsinə ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti