...

Obama amerikalıları "demokratik institutları bərpa etməyə" çağırıb

Dünya xəbərləri Materials 11 Yanvar 2017 07:07 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama amerikalıları "demokratik institutları bərpa etməyə" çağırıb
Obama amerikalıları "demokratik institutları bərpa etməyə" çağırıb

Bakı. Trend:

ABŞ prezidenti Barak Obama amerikalıları "demokratik institutları bərpa etməyə" çağırıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə B.Obama Çikaqoda vidalaşma nitqində deyib.

"Bizim demokratiyamız təhdid altındadır", - deyə ABŞ lideri bildirib.

"Partiyadan asılı olmayaraq bizim hamımız demokratik institutlarımızı bərpa etməliyik", - deyə B.Obama bildirib.

Qeyd edək ki, yanvarın 20-də Obama öz postunu tərk edir. Yeni prezident Donald Tramp olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti