Bakı. Trend:
ABŞ-ın yeni prezidenti Donald Tramp Hillari Klintona inauqurasiya mərasiminə gəldiyinə görə təşəkkür edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Hillari klinton mərasimə həyat yoldaşı ABŞ-ın keçmiş prezidenti Bill Klinton ilə gəlmişdi.
"Mən çox məmnun oldum ki, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton bu mərasimə gəlmək qərarına gəliblər", - Tramp deyib.