Bakı. Trend:
Gürcüstanda polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində oğurluqda təqsirləndirilən şəxslər saxlanılıblar.
Trend-in "Qruziya Online" agentliyinə istinadən verdiyi xəbərə görə, həmin şəxslər Gürcüstanın Qori rayonu ərazisində “Bakı-Supsa” magistral boru kəmərindən müntəzəm şəkildə satış məqsədilə neft oğurlayırmış.
Əməliyyatı həyata keçirən polislər oğurlanmış neftin bir hissəsini dəlil qismində müsadirə edib.
Hazırda faktla Gürcüstan polisi cinayət işi başlayıb və araşdırmalar davam etdirilir.