Bakı. Trend:
ABŞ-ın İmmiqrasiya və Gömrük Polisi (ICE) ölkə üçün təhlükə doğuran 75 faizi əcnəbi olmaqla 680 nəfəri saxlayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ daxili təhlükəsizlik naziri Con Kelli bəyan edib.
"ICE əməkdaşları Los-Ancles, Çikaqo, Atlanta, San-Antonio və Nyu-Yorkda ictimai təhlükəsizliyə, sərhədlərin təhlükəsizliyinə və immiqrasiya sisteminin bütövlüyünə təhlükə kəsb edən 680 şəxs həbs edilib. Həbs olunanlar 75 faizi xarici cinayətkarlardır", - Kelli deyib.