Bakı. Trend:
Qırğızıstanda növbəti prezident seçkiləri noyabrın 19-da keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Prezident Almazbek Atambayevin mətbuat xidməti bəyan edib.
Qeyd edək ki, Qırğızıstan Konstitusiyasına əsasən, ölkə prezidenti bir dəfə 6 il müddətinə seçilir.
Hazırkı dövlət başçısı A.Atambayevin səlahiyyət müddəti 2017-ci ilin payızında bitir.