...

Nazir: Çevriliş cəhdinin təşkilatçısını Türkiyədə gizlədirlər

Dünya xəbərləri Materials 30 Mart 2017 13:27 (UTC +04:00)
Bəkir Bozdağ 15 iyul dövlət çevrilişi cəhdinin təşkilatçılarından biri olan Adil Öksüzün Türkiyədə gizlədildiyini düşünür.
Nazir: Çevriliş cəhdinin təşkilatçısını Türkiyədə gizlədirlər

Bakı. Trend:

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 15 iyul dövlət çevrilişi cəhdinin təşkilatçılarından biri olan Adil Öksüzün Türkiyədə gizlədildiyini düşünür.

Qeyd edək ki, Türkiyənin güc qüvvələri 15 iyul dövlət çevrilişinə cəhdin ehtimal edilən təşkilatçılarından biri olan A.Öksüzün mobil telefonuna ABŞ-ın İstanbuldakı Baş konsulluğundan zəng edildiyini müəyyənləşdiriblər. Belə ki, iyulun 21-də A.Öksüzə edilən həmin zəng ABŞ diplomatik missiyasında qeydiyyatdan keçən nömrədən gəlib.

Trend-in məlumatına görə, məsələ ilə bağlı ABŞ səfirliyinin açıqlamasına münasibət bildirən B.Bozdağ deyib:

Türkiyədə qiyamın təşkilatçısı ABŞ konsulluğu ilə təmasda olub

Türkiyədə qiyamın təşkilatçısı ABŞ konsulluğu ilə təmasda olub

"Əgər ABŞ tərəfi Türkiyə ilə səmimi əməkdaşlıq etmək istəyirsə, yüzlərlə FETÖ üzvünün Birləşmiş Ştatlarda yaşamasına niyə icazə verir? Hazırda terrorçu Gülən Pensilvaniyada fəaliyyətini davam etdirir".

Nazir "Halkbank"ın baş direktor müavini Mehmet Hakan Atillanın ABŞ-da saxlanmasını isə tamamilə siyasi bir əməliyyat adlandırıb.

Xatırladaq ki, ötən ilin noyabrında Ankara prokurorluğu Türkiyədə dövlət çevrilişinə cəhdin iki əlaqələndiricisi - A.Öksüz və Kamal Batmazın 2016-cı ildə 4 dəfə ABŞ-da olduğunu bildirib.

Sakarya Universitetinin əməkdaşı olmuş A.Öksüz çevriliş cəhdindən dərhal sonra saxlanılmış, lakin sonra sərbəst buraxılmışdı. Hazırda axtarışa verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti