Bakı. Trend:
Almaniyanın Dortmund şəhərində "Borussiya" futbolçularını daşıyan avtobusun qarşısında partlayış baş verib.
Trend-in məlumatına görə, partlayış nəticəsində "Borussiya"nın müdafiəçisi Mark Bartra xəsarət alıb. O, artıq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Çempionlar Liqasının ¼ final mərhələsinin ilk oyunları çərçivəsində "Borussiya" və "Monako" klubları görüşməli idi.
"Borussiya" futbol klubunun mətbuat xidməti elan edib ki, insident səbəbindən görüş aprelin 12-də keçiriləcək.