...

Prezidentliyə namizəd Le Penin partiyasına qarşı təxribat: Binanı yandırdılar

Dünya xəbərləri Materials 13 Aprel 2017 11:17 (UTC +04:00)
Naməlum şəxslər Parisin mərkəzində Fransanın Milli Cəbhə Partiyasının qərargahının yerləşdiyi binanı yandırıblar.
Prezidentliyə namizəd Le Penin partiyasına qarşı təxribat: Binanı yandırdılar

Bakı. Trend:

Naməlum şəxslər Parisin mərkəzində Fransanın Milli Cəbhə Partiyasının qərargahının yerləşdiyi binanı yandırıblar.

Trend-in məlumatına görə, hadisə iyulun 13-nə keçən gecə baş verib. Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

RTL radiostansiyası bildirir ki, insidentə görə məsuliyyəti "Ksenofobiya ilə mübarizə" adlandırılan qrup öz üzərinə götürüb.

Qeyd edək ki, Milli Cəbhə Partiyasının lideri Fransa prezidentliyinə namizəd Marin Le Pendir. Prezident seçkiləri iki mərhələdə - aprelin 23-ü və mayın 7-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti