Bakı. Trend:
Meksika federal polisi "La Linea" narkokartelinin lideri Migel Amaya Loyanı həbs edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ölkənin baş prokurorluğu xəbər verib.
Məlumatda bildirilir ki, saxlanılan şəxs Çiuaua ştatını restoran və gecə klublarında qətllərin ən böyük hissəsinə görə cavabdehdir.
Qeyd edək ki, "La Linea" narkokarteli Meksikanın ən iri cinayətkar qruplaşmaların biri olan "Xuares Karteli"-nin tərkibinə daxildir.