...

Qazaxıstanda üzü örtən geyimlər qadağan oluna bilər

Dünya xəbərləri Materials 3 Avqust 2017 12:10 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanda ictimai yerlərdə üzü örtən və şəxsiyyəti müəyyənləşdirməyə mane olan geyimlərin qadağan olunmasını nəzərdə tutan dəyişikliklər müzakirə edilir.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın din və vətəndaş cəmiyyəti məsələlər üzrə naziri Nurlan Yermekbayev deyib.

Onun sözlərinə görə, bu addım həm ictimai təhlükəsizliyin təmin olunması, həm də milli və mədəni dəyərlərin qorunub saxlanması məqsədi daşıyır.

Nazir qeyd edib ki, bu təklif vətəndaş ictimaiyyəti tərəfindən irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti