Türkiyədə furqon uçuruma yuvarlanıb: 5 ölü, 6 yaralı

Bakı. Trend:
Türkiyənin Artvin şəhərində furqon uçuruma yuvarlanıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Məlumata əsasən, hadisə yerinə çox sayda təcili yardım maşını cəlb edilib. Yaralılar xəstəxanalara yerləşdiriliblər.