Bakı. Trend:
2016-cı ildə ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton gələcəkdə prezident postuna namizədliyini irəli sürmək niyyətində olmadığını bildirib.
Trend-in məlumatına görə, H.Klinton bunu "CBS" telekanalına müsahibəsində bildirib.
H.Klinton bildirib: "Mən namizədliyin irəli sürülməsinə nöqtə qoydum. Lakin mən siyasətdə işimi bitirmirəm, çünki mən həqiqi mənada inanıram ki, ortada ölkəmizin gələcəyi var".
H.Klinton müsahibəsində qeyd edib ki, seçkilərdə məğlubiyyəti indiyə qədər ağır qəbul edir.