...

Rusiya Səudiyyə Ərəbistanı ilə 3 milyard dollarlıq silah müqaviləsi imzalaya bilər

Dünya xəbərləri Materials 5 Oktyabr 2017 11:54 (UTC +04:00)
Rusiya 3 milyard dollardan artıq dəyərdə müqavilə hazırlayıb.
Rusiya Səudiyyə Ərəbistanı ilə 3 milyard dollarlıq silah müqaviləsi imzalaya bilər

Bakı. Trend:

Rusiya Səudiyyə Ərəbistanı kralı Salman Ben Abdel Əizi Əl Saudun ölkəyə səfəri zamanı hərbi-texniki əməkdaşlıq sahəsində imzalanması üçün nəzərdə tutulan 3 milyard dollardan artıq dəyərdə müqavilə hazırlayıb. Trend-in məlumatına görə, bu barədə "Kommersant" qəzeti xəbər yayıb.

Qəzet qeyd edir ki, bu sənədlər paketinə bir neçə C-400 zenit-raket sistemlərinin tədarükü də daxildir.

Qeyd edək ki, Səudiyyə kralı bu gün Moskvaya rəsmi səfərə gələcək.

Səfər çərçivəsində yüksək səviyyəli görüşlər və ikitərəfli münasibətlərin inkişaf prespektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti