...

Kim Çen In Cənubi Koreya ilə danışıqlara başlamağı əmr edib

Dünya xəbərləri Materials 3 Yanvar 2018 09:09 (UTC +04:00)
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Cənubi Koreya ilə xüsusi rabitə vasitəsilə danışıqlara başlamağı əmr edib
Kim Çen In Cənubi Koreya ilə danışıqlara başlamağı əmr edib

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Cənubi Koreya ilə xüsusi rabitə vasitəsilə danışıqlara başlamağı əmr edib.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, xüsusi rabitə vasitəsi saat 10:30-dan (GMT+4) etibarən açılacaq.

Qeyd edək ki, daha əvvəl Şimali Koreya Cənubi Koreya ilə öz yığmasının Qış Olimpiya Oyunlarında iştirakı barədə danışıqlara hazır olduğunu bildirmişdi. Seul Phenyanın bu təşəbbüsünü müsbət qiymətləndirib və Pxanmundcondayüksək səviyyədə danışıqlar aparmağı təklif edib. Cənubi Koreya tərəfinin təklifinə əsasən, bu danışıqlar yanvarın 9-da keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti