...

İddia: Türkiyə qırıcılarının UNO görməsi uzun illər məxfi saxlanılıb

Dünya xəbərləri Materials 8 Yanvar 2018 09:26 (UTC +04:00)
Türkiyə qırıcıları Suriya sərhədində uçan naməlum obyekt (UNO) qeydə alıb.
İddia: Türkiyə qırıcılarının UNO görməsi uzun illər məxfi saxlanılıb

Bakı. Trend:

Türkiyə qırıcıları Suriya sərhədində uçan naməlum obyekt (UNO) qeydə alıb.

Trend in məlumatına görə, bu barədə istefada olan general-leytenant Doğan Temel bildirib.

O bildirib ki, Suriya sərhədində havada radarların qeydə alındığı işıldayan obyektlərin görünməsi ilə əvvəlcə Türkiyə qırıcıları, daha sonra dəstək üçün helikopterlər səmaya qaldırılıb.

D.Temel qeyd edib ki, hadisə 1999-cu ildə qeydə alınsa da, bu, uzun illər məxfi saxlanılıb.

O, sözlərini təsdiq edəcək foto və video materialların olduğunu vurğulayıb.

Qeyd edək ki, D.Temelin iddiası rəsmi olaraq hələ təsdiqini tapmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti