Bakı. Trend:
Əfqanıstanın paytaxtı Kabilin mərkəzində Kanada səfirliyinin binasının yaxınlığına raket düşüb.
Trend-in məlumatına görə, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nusrət Rəhimi bildirib.
Onun sözlərinə görə, insident nəticəsində xəsarət alan olmayıb. Raketin kimin tərəfindən buraxıldığı məlum deyil.