Bakı. Trend:
Fransanın şərqində Savoya departamentində qar uçqunu baş verib.
Trend-in məlumatına görə, qar uçqunu nəticəsində 43 yaşlı Paris sakini və onun 11 yaşlı qızı həlak olublar. Onların cəsədi 2 min 930 metr hündürlükdə aşkar olunub.
İnsanların ölümü ilə bağlı Albervil şəhər prokurorluğunda istintaq başlanıb.