Bakı. Trend:
ABŞ-da “Southwest Airlines” aviaşirkətinə məxsus Boeing 737-700 təyyarəsi Filadelfiya hava limanında məcburi eniş edib.
Trend-in məlumatına görə, insident nəticəsində bir nəfər xəstəxanaya yerləşdirilib.
Hava gəmisinin mühərrikdə yaranmış nasazlıq səbəbindən məcburi eniş etdiyi bildirilir.
Şahidlərin sözlərinə görə, mühərrikin qırıntıları salona daxil olaraq sərnişinlərdən birinə dəyib.
Hadisə zamanı təyyarədə 143 sərnişin və 5 heyət üzvü olub.