Bakı. Trend:
Fueqo vulkanının püskürməsi nəticəsində itkin düşənlərin sayı təxminən 200 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Qvatemala şəhərinin böhran vəziyyətinin aradan qaldırılması üzrə xidmət rəisi Serxio Kabanyas bildirib:
“192 adamın itkin düşdüyü haqda məlumatımız var. Onların adları, yaşları və yaşadıqları ünvanlar bizə məlumdur”.
Qvatemala Milli Məhkəmə İnstitutunun məlumatına görə, 75 meyit tapılıb, onlardan yalnız 23 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Daha 35 nəfər xəstəxanalara yerləşdirilib, əksəriyyətinin vəziyyəti kritik olaraq qalmaqdadır.