...

Nikaraquada etirazlar zamanı daha 5 nəfər öldürülüb

Dünya xəbərləri Materials 24 İyun 2018 06:13 (UTC +04:00)
Nikaraquanın paytaxtı Manaquada etiraz aksiyaları davam edir
Nikaraquada etirazlar zamanı daha 5 nəfər öldürülüb

Bakı. Trend:

Nikaraquanın paytaxtı Manaquada etiraz aksiyaları davam edir.

Trend-in məlumatına görə, polislərin və silahlı dəstələrin etirazçılara hücumu nəticəsində daha 5 nəfər həlak olub.

Hadisələr Nikaraquanın milli muxtar universiteti yaxınlığında baş verib. Həlak olanlar arasında körpə uşaqda olub. İnsident nəticəsində 15 nəfər xəsarət alıb.

Qeyd edək ki, Nikaraquada etiraz aksiyaları aprelin 18-dən hakimiyyətin təklif etdiyi islahatlar fonunda başlayıb. Ölkə prezidenti Daniel Orteqo sözügedən islahatı ləğv edib. Etiraz aksiyaları zamanı son 5 ölüm halı nəzərə alınmadan 212 nəfər həlak olub.

BMT-nin insan hüquqları üzrə Ali komissarının idarəsi daha əvvəl Nikaraquada hökumət əleyhinə etirazlar zamanı ölən və yaralananların artması ilə əlaqədar narahatlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti