...

Nikaraqua parlamenti respublikada hərbi təlim keçmək üçün Rusiyanın, ABŞ-ın və digər ölkələrin hərbiçilərinə icazə verdi

Dünya xəbərləri Materials 30 İyun 2018 03:45 (UTC +04:00)
Nikaraqua parlamenti ölkə ərazisində təlimlər aparmaq üçün Rusiya, ABŞ, Venesuela, Kuba və digər ölkələrin hərbi birləşmələrinə rəsmi icazə verdi.
Nikaraqua parlamenti respublikada hərbi təlim keçmək üçün Rusiyanın, ABŞ-ın və digər ölkələrin hərbiçilərinə icazə verdi

Bakı. Trend:

Nikaraqua parlamenti ölkə ərazisində təlimlər aparmaq üçün Rusiya, ABŞ, Venesuela, Kuba və digər ölkələrin hərbi birləşmələrinə rəsmi icazə verdi. Bu haqda cümə günü yerli mənbələr xəbər verdi.

Deputatlar tərəfindən qəbul olunmuş, ölkə prezidenti Daniel Orteqanın fərmanı, 2018-ci ilin ikinci yarısında Rusiya, Amerika Birləşmiş Ştatları, Kuba, Meksika, Venesuela, Qvatemala, Salvador, Honduras, Dominikan Respublikası və Tayvanın hərbi personal, təyyarə və gəmilərin "humanitar məqsədlə, təlim, məşq və təcrübə mübadiləsi üçün Nikaraqua ərazisində yerləşmələrinə” icazə verir.

Məclisə göndərilən sənədə əsasən, hərbi qulluqçuların "təbii fəlakətlər zamanı yardım göstərmək, narkotik ticarəti və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparmaq məqsədiylə" Nikaraqua Hərbi Hava qüvvələri ilə birgə təlimlər keçmək üçün ölkəyə gəlmələri nəzərdə tututlur.

Parlamentin fövqəladə iclasında 92 deputatdan 89 nəfər iştirak edib.

Qeyd edək ki, Nikaraquanın paytaxtı Manaquada etiraz aksiyaları aprelin 18-dən hakimiyyətin təklif etdiyi islahatlar fonunda başlayıb. Ölkə prezidenti Daniel Orteqo sözügedən islahatı ləğv edib.

Hökumətə qarşı keçirilən etiraz aksiyaları zamanı ölənlərin ümumi sayı 285-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti